Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə onu təyin etdi

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Boyukmillet.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Süleyman Mikayılov əmr imzalayıb.

Belə ki, yeni təyinat Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi (mühəndis) vəzifəsi üzrə aparılıb və əmrə əsasən, bu posta Kamran Əliyev təyinat alıb. O, hazırda şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsinin müvəqqəti icraçısı müəyyən olunub.

K.Əliyev bu vəzifədə ötən ay Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləyib. 

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …