Şənbə , 14 Mart 2026
Drone Cameras

II Avropa Oyunları onlar üçün bitdi

Azərbaycanın cüdo üzrə qarışıq komandasının “Minsk 2019” II Avropa Oyunlarında çıxışları başa çatıb. 

Unikal.org xəbər verir ki, yığma 1/8 finalda Fransa kollektivinə 0:4 hesabı ilə məğlub olub. Bununla da Azərbaycan cüdoçuları Oyunlarla vidalaşıblar.

Qeyd edək ki, hesabından 4 gümüş və 7 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 24-cü pillədədir. Bunlardan 5-ni cüdoçular qazanıb. Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərdov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edib. 

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …