Edqar Keysi trans vaxtı gələcəkdən xəbər verə bilirdi. Edqar transda olan dünyaya aid bütün suallara cavab verə bilirdi. Bütün bu məlumatlar onda haradan idi? Bütün dünya bu sualla maraqlanırdı. Amma Edqar həmişə təkrar edirdi: “Heç vaxt niyə sualını verməyin”.
Onun ekstrasensə çevrilməsi bütün dünya üçün müəmma olaraq qalıb. Amma Edqarın dəqiq bioqrafiyası barədə məlumatı olan çox azdır.
Boyukmillet.com bu gün dünyanın fenomen insanı, ekstrasens Edqar Keysinin həyatı barədə yazını oxucuları ilə bölüşür.
ABŞ-ın Kentukki ştatının kiçik Hopkinsvill şəhərində 1877-ci ilin 18 mart tarixində adi oğlan uşağı dünyaya gəlir. Onu Edqar adlandırdılar. Bu oğlanın çox məşhur olacağı heç kəsin ağlına da gəlmirdi. Onların ailəsində sülh və əmin-amanlıq, sakitçilik hökm sürürdü. Lesli Kerri Keysilər ailəsi fermer təsərrüfatı ilə məşğul idilər və ailənin 6 övladı var idi. Övladlar valideynlərinə çox bağlı idilər. Kiçik Edqar böyüdükcə onun istedadı da artırdı. XIX-XX əsrlər uşaqlar üçün dəhşətli dövr idi. Heç bir günahı olmayan körpələr monarxlar tərəfindən qətlə yetirilirdi. Belə bir bədbəxtçilik Keysilər ailəsinin də başına gəlir. Edqar ölmək üzrə idi. Övladlarının faciəsinə görə göz yaşı tökən valideynlər uşağın çarpayısının başına rahib oturtmuşdular. Bu an Edqar dilə gəldi və dedi: “Mənim başıma nə gəldiyini sizə deyəcəm. Mənim onurğamı beysbol ağacı ilə vurublar və onurğam ağrıyır. Siz islatma dərmanı hazırlayıb mənim boynuma sürtün və sarıyın”. Bundan sonra Edqar islatma dərmanını hazırlamaq üçün lazım olan bütün bitkilərin adını çəkir. Bu prosedur hesabına kiçik Edqar sağalır. Hadisə şahidləri isə baş verənlərdən şok keçirirdilər. Edqar bunları necə bildi?
Ailənin kifayət qədər pulu olmadığı üçün Edqarın ailəsi övladlarının təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldılar. Edqar cəmi 8 sinif oxuyub. Əslində o dövrdə belə bir təhsil normal sayılırdı və hətta prestijli iş də tapmaq mümkün idi. Məktəbdən sonra Edqar iş axtarmağa başlayır. O, seçimini kitab dükanında edir. Bazar günləri isə məktəbdə dərs deyir və missionerliklə məşğul olurdu. 1900-cü ildə Edqar möhkəm xəstələnir. O, ağır laringitdən əziyyət çəkirdi. Bu dəhşətli xəstəlikdən Edqar nitq qabiliyyətini itirir.
Növbəti bir neçə ili Edqar valideynləri ilə yaşayır və boş vaxtlarında foto sənəti ilə məşğul olmaq barədə düşünürdü. Bu iş ondan o qədər də ciddi səy tələb etmirdi və səs tellərini gücə salmaq lazım deyildi. Edqar doğma şəhərində foto ustası tapır və işi ondan öyrənməyə başlayır. Ustanın adı U.R.Boulzu idi və ixtiyarında fotoatelye var idi. 1901-ci ildə Hopkinsvill şəhəri gözlənilməz qonaqlarını qəbul edir. Əsas qonaq hipnoz ustası Hart idi. O, qrupunu “az gülənlər” adlandırmışdı. Hartın çıxışından sonra Edqarın xəstəliyi haqqında ona məlumat verirlər. Hart Edqarı hipnoz yolu ilə müalicə etməyi təklif edir. Bütün proses demək olar ki, şəhərciyin əhalisinin gözü qarşısında baş verir. Edqar hipnoz transa girəndə nitq qabiliyyəti bərpa olurdu. Amma ayılanda yenə də danışıq qabiliyyəti yoxa çıxırdı. Hart hamını inandırdı ki, bir müddət sonra Edqarın danışıq qabiliyyəti bərpa olacaq. Amma bu baş vermədi.
Bu hadisədən iki il sonra Edqar evlənir. Onun həyat yoldaşının adı Gertruda Evans idi. Ailəsindən fərqli olaraq Edqarın cəmi dörd övladı dünyaya gəlir.
Onun böyük oğlunun adı Hyu Linn Keysi idi. Sonra is Milton Porter Keysi və Edqar Evans Keysi anadan olub. Hyu 8 yaşı olanda kibritlə oynayırmış. Bu təhlükəli oyun az qala gözündən məhrum olma ilə nəticələnə bilərdi. Hyunun gözləri üzərində ciddi əməliyyat keçirilməli idi. Həkimlər tam hazır olanda Edqar yuxuda naməlum səs eşidir. Naməlum səs Edqara oğlunun gözlərinə tanin turşusu ilə isladılmış pambıqla kompres qoymağı məsləhət görür. Həkimlər qəti surətdə bundan imtina etdilər və çıxış yolunu ancaq əməliyyatda görürlər. Amma Edqar mütəxəssis həkimlərə inanmır və naməlum səsə qulaq asır. İkigünlük müalicədən sonra Hyu Linn görməyə başlayır. İnsanlar Edqarın öncəgörmələrinin bir çox həkim və alimə kömək edəcəyinə inanırlar.
1923-cü ilin 10 sentyabr tarixinə qədər Edqarın öncəgörmələri barədə rəsmi sənədlər yoxdur. Hamını, hətta katibə Qledis Devisi də dindirirlər. Sentyabr ayından sonra isə onun öncəgörmələrini kağızlara köçürməyə başlayır. Bəzi məlumata görə isə Edqarın Rusiya ilə bağlı öncəgörmələri də var. O, dünyaya azadlığın Rusiyadan yayılacağını deyirdi. Onun sözlərinə görə bu illər sonra baş verəcək. Edqar iddia edirdi ki, Rusiya dünyanın mərkəzinə çevriləcək. Amerikalılar isə bir kənarda sakit dayanıb böyük planlar quracaqlar. Rusiya və ABŞ arasında dostluq qurulacaq.
Keysi belə demişdi: “Dünyamıza Rusiyadan yenə də ümid gələcək. Məlum qüvvə nədir? Pulunun üzərinə “Biz Allaha inanırıq” yazılan xalqla dostluqdur”. Bu sözlərlə Edqar demək istəyib ki, ABŞ hökumətində çox şey dəyişəcək. Dostluq yolunda Amerika böyük çətinliklərlə qarşılaşacaq. Amma bu iki dövlət dostluq quracaq. Edqarın fikrinə görə ABŞ və digər ölkələrdə kataklizmalar olacaq: “Amerikanın qərb hissəsində torpaq çökəcək. Yaponiyanın bir hissəsi su altında qalacaq. Avropa bir neçə saniyə ərzində dəyişəcək. Arktika və Antarktidada da dəyişiklik olacaq. Vulkanlar oyanacaq. Soyuq qütblərdə iqlim dəyişəcək. Orada mamır və qıjıkimilər bitkiləri bitəcək”.
10 il sonra Edqar öncəgörməsinə əlavə edir: “Nyu-Yorkun bir çox rayonu yoxa çıxacaq. Çox güman ki, Nyu-York tamamilə məhv olsun. Amma bunu gələcək nəsillər görəcək. Göllər körfəzlərə daşacaq. Yerin böyük bir hissəsi kataklizmaların qurbanı olacaq”.
Bu günə qədər heç kəs Edqarın sözlərinə inanmırdı. İqlim həqiqətən də yaxşılığa doğru dəyişildi. Vulkanlar barədə hamı susur. Cənubi və Şimali Amerikada o qədər vulkan püskürdü ki, 5 il ərzində bu qədər vulkan qeydə alınmamışdı. Yelloustoun parkının heyvanları ərazidən qaçır. Bu yaxınlarda Çili də vulkan püskürdü. Edqarın sözlərinə əsasən, bütün planet güclü şəkildə dəyişikliyə məruz qalacaq. Rusiya isə çox da ziyan çəkməyəcək. Rusiya dünyanın paytaxtına çevriləcək və Qərbi Sibir əsas yer olacaq. Artıq Sibirdə dəyişikliklər başlayıb. Bəlkə də Edqarın öncəgörmələri həyata keçir?
Edqarı bir çoxları sərsəm adlandırsa da, ona inanan alimlərin sayı da az deyil. Çünki iki dünya müharibəsi barədə Keysinin öncəgörmələri var idi və hər iki savaş baş verdi. Əgər Edqarın dediklərinə inansaq, deməli bir neçə ilə dünyada dəyişiklər baş verəcək…