Bazar , 28 Aprel 2024
Drone Cameras

“İki mehriban düşmənin ” hikkəsi

Əziz həmkarlar, QHT sektoru ilə bağlı həyəcan siqnalı verdikcə, üzərimə media vasitəsilə hücumlar çoxalır. Azərbaycan qadınına yaraşmayan dələduz ifadəsi işlədilir. Hər halda bu işlərin arxasında dayanan məmurlar bunu görür, yəqin ki, xəcalət çəkirlər.

Mən yalnız QHT Agentliyindəki qanunsuzluqları, tender oyunlarını, korrupsiya əməllərini və s. işıqlandırmıram. Ümumiyyətlə bu sektorla bağlı narahatedici məqamları diqqətə çatdırmaq istəyirəm.
Dünəndən bəzi şəxslərin bu sektora gətirilməsi, bəzilərinin hətta QHT-lərinin qeydiyyatdan keçirildiyi ilə bağlı məlumat almışam. Bu heç də yaxşı nəticələr vəd etməyəcək. Əgər biz Azərbaycançılıq ideologiyasından çıxış ediriksə, gərək bu məqamları diqqətdə saxlayaq.

Kimin nə deməsindən asılı olmayaraq, mən milli adamam. Bəziləri kimi qanımda qarışıqlıq yoxdur. Ona görə Cənab Prezidentin görülən işlərinə kimlərinsə kölgə salmasına Əsgər kimi imkan vermərəm.
Başqaları kimi sədaqətlilik imitasiyası yaradıb, arxada hansısa siyasi qüvvələrlə iş aparmıram. Bu gün QHT sektorunda Cənab Prezidentə vaxtilə xəyanət etmiş, müxtəlif müxalif düşərgələrdə olmuş, müxalif qəzetləri köşələrində birbaşa Ali rəhbərliyə tənqidlər yağdırmış şəxslər at oynadır. Niyə? Bunun niyəsini aidiyyəti qurumlar araşdırmalıdır.

Bu məsələləri sektora nəzarət edən kiçik məmurlar araşdırası deyil, onların da haradan gəldiyini hamımız yaxşı bilirik. Allah Cəlal Əliyevə qəni-qəni rəhmət eləsin. Yəqin ki, məni dostlar yaxşı başa düşərlər.
QHT sektorunun fəal əksəriyyəti dəfələrlə bizimlə müzakirə ediblər ki, QHT sektoru “mehriban düşmən” olan 2 hikkəli xanımın əlində alətə çevrilir. Sadəcə səlahiyyət onlardadı deyə heç kim, heç nə deyə bilməz. Dünənə qədər onlara salam verməyənlər bu gün onların yanından əl çəkmirlər.

Bu məsələlərə bir gün geniş toxunacam. Bu gün əsas narahatçılığım QHT sektoruna “milli” olmayan insanların doldurulmasıdır.Allah Dövlətimizi, Xalqımızı, cənab Prezidenti qorusun!!!

Mətanət Əskərqızı

Check Also

QHT ona ayrılan 7500 manat həcmində dövlət qrantını almaqdan niyə imtina etdi?-Videomüsahibə

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi xətti ilə verilən 7.500 manat qrantdan …