Şənbə , 11 May 2024
Drone Cameras

Moskvanın mərkəzində silahlı insident olub, yaralılar var

Moskvanın mərkəzindəki restoranda silahlı insident baş verib, 4 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

Üç nəfərin güllə yarası aldığı qeyd edilib.

“İlkin məlumata görə, Şlyuzovaya sahilindəki restoranın yaxınlığında hücum törədən 37 yaşlı şəxs münaqişə zamanı travmatik silahdan rəqiblərinə bir neçə dəfə atəş açıb, nəticədə 4 nəfər bədən xəsarətləri alıb. Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər”, – mətbuat xidməti bildirib.

Check Also

İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb

İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib. …