Bazar , 16 Mart 2025
Drone Cameras

İki QHT sədrinin həbsindən sonra daha birinin axtarışa verildiyi bildirilir

Bütün bunlar hakimiyyətin yenidən açdığı QHT-lərə qarşı cinayət işi üzrə baş verir

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənlinin axtarışa verildiyi bildirilir.

Məlumata görə, Sübhan Həsənli Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui – istifadə etmə), 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) 313 – cü (vəzifə saxtakarlığı) maddələrlə cinayət işi üzrə məsuliyyətə cəlb olunub.

Bildirilir ki, Sübhan Həsənli istintaqdan yayındığı üçün onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Barəsində axtarış elan edilib.

Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış daha sonra isə bağlanmış cinayət işini yenidən açdığı bildirilir.

Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 , 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Bildirilir ki, cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri – hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.

2025-ci il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay (Məmmədzadə) həbs olunublar.

Bəşir Süleymanlı və Məmməd Alpay (Məmmədzadə) vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırmasında ittiham olunurlar.

Check Also

Türk dövlətləri qiymətləndiriciləri Özbəkistanda bir araya gəlir – AQC sədri və rəsmiləri Daşkəndə yola düşüb 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun …