Cümə , 22 Noyabr 2024
Drone Cameras

İlham Əliyev neftin qiyməti haqqında: “Vətəndaşlar bunu bilsin ki…”

“Dünya bazarında neftin ucuzlaşması və büdcə gəlirlərinin aşağı düşdüyü şəraitdə Azərbaycanda büdcə xərcləri ilk növbədə ən vacib istiqamətlərdə xərclənəcək”.

BOYUKMILLET.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı mərasimində çıxış edərkən bildirib.

Prezident deyib ki, dünyadakı iqtisadi böhran Azarbaycana da təsirini göstərir: «Dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik».

Sumqayıtda məcburi köçkünlər üçün tikilən yaşayış kompleksini xatırladan prezident bildirib ki, planlar (əhalinin təminatı ilə bağlı – FED.az) yerindədir, amma büdcə xərcləri ən prioritet sahələrə yönəldiləcək: «Əlbəttə ki, bugünkü tədbirlər, – bu gün mən köçkünlər üçün tikilən şəhərciyə də baş çəkəcəyəm, – göstərir ki, bütün planlarımız yerindədir. Biz bu ili də planlaşdırdığımız kimi başa vuracağıq. Bütün aidiyyəti qurumlara göstərişlər verildi və bundan sonra xərclərimizi prioritet əsasında planlaşdıracağıq. Ancaq sosial məsələlərin həlli daim birinci yerdə olacaqdır».

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …