Cümə , 13 Mart 2026
Drone Cameras

İlham Əliyev Nigeriyanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nigeriya Federativ Respublikasının Prezidenti Muhammadu Buhariyə təbrik məktubu ünvanlayıb. 

Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: 

“Hörmətli cənab Prezident,

Nigeriya Federativ Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün imkanlar mövcuddur.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram”.

Check Also

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər …