Bazar , 11 Yanvar 2026
Drone Cameras

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Boyukmillet.com xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstək yüksək qiymətləndirilib.

Paytaxtımızda keçiriləcək IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etdiyi qeyd olunub və Forumun beynəlxalq əməkdaşlığı genişləndirmək işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun artdığı və aparıcı beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndiyi məmnunluqla qeyd olunub.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …