Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

İlham Əliyev: “Şuşaya gedən yol Xocavənd rayonunun bir hissəsindən keçəcək”

“Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik”, – deyə Prezident əlavə edib.

Check Also

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır? Azərbaycan …