Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli xanım Prezident, ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …