Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İlham Əliyev: Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda yer alıb.

“Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istərdim. Siyasi əlaqələrimizin yüksək səviyyəsi, qarşılıqlı ali səfərlər və davamlı təmaslarımız bütün sahələr üzrə fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Bu yaxınlarda Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımızın növbəti əyani nümunəsidir”, – dövlət başçısının məktubunda qeyd edilib.

Check Also

Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na qoşulur

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı …