Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.
Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovdur. Lakin o səhhəti ilə əlaqədar iclasda iştirak etmədiyindən, parlamentdə ən yaşlı deputat Ziyad Səmədzadə hesab olunur (Modern.az).