İranın Məşhəd şəhərindəki İmam Rza ziyarətgahının qapı-pəncərəsini guya “koronavirusdan qorxmazlıq” əlaməti kimi yalayan şəxsin bu hərəkəti hakimiyyət tərəfindən dəstəklənməyib.
Boyukmillet.com xəbər verir ki, “İrna” xəbər agentliyinin yaydığı məlumata görə, İranın Məhkəmə Sistemi Məşhəd şəhərində bəhs edilən vətəndaşın həbs olunması ilə bağlı qərar verib. Adı çəkilməyən həmin şəxsin həbsindən sonra hadisəni “anormal hal” kimi xarakterizə edən Məhkəmə Sistemi məsələ ətrafında araşdırmaların başladığını da bəyan edib. Xatırladaq ki, ötən şənbə günü qeyd edilən şəxsin sosial şəbəkələrdə yayılan videosunda onun İmam Rza məqbərəsinin zərihini yaladığı görünürdü. O, bu hərəkəti edə-edə müxtəlif dövlət qurumlarının koronavirus səbəbindən dini ziyarətgahların bağlanmasını tənqid edərək deyir: «Mən sizi arxayın salmaq üçün virusu yeyirəm” . Bununla sözügedən şəxs imam Rza məqbərəsinin zərihini yaladığına görə bu virusa yoluxmayacağını bəyan edir. Son günlər ərzində bu şəxsdən başqa, bir neçə nəfərin də sözügedən dini ziyarətgahın zərih və qapısını yalaması ilə bağlı videolar yayılıb. Həmin şəxslər bu hərəkətləri ilə koronavirusa yoluxmaq ehtimallarını aradan qaldırdıqlarını deyirlər. Hətta azyaşlı bir uşağın da ziyarətgahın zərihini öpməsini əks etdirən görüntülər insanların kəskin reaksiyasına səbəb olub.
İranın din xadimləri və siyasətçiləri bu cür hərəkətlərin yolverilməz olması ilə bağlı kəskin çıxışlar ediblər.Sultan Laçın
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …