Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İmişlidə taxıl biçini yekunlaşıb

İmişli rayonunda cari ilin taxıl biçini başa çatıb.

Boyukmillet.com xəbər verir ki, bu il rayonda payızlıq və yazlıq olmaqla 16 521 hektar sahədə taxıl əkilib.

Bunun 9 137 hektarı buğda, 7 384 hektarı arpa sahəsidir.

Zəmilərdə yetişən məhsul biçilib, 65 515,5 ton məhsul götürülüb və orta məhsuldarlıq 39,7 sentner olub. O cümlədən, 36 773 ton buğda toplanıb ki, burada da orta məhsuldarlıq 40,2 sentner, 28 742,5 ton arpa götürülüb ki, burada da orta məhsuldarlıq 38,9 sentner təşkil edib.

Check Also

Aqrar Kredit və İnkişaf Agentliyi şimal bölgəsindəki aqrar layihələri mediaya təqdim edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Quba, Qusar və Xaçmaz rayonlarındakı …