Bazar ertəsi , 14 Sentyabr 2026

ASK

Aqrar Kredit və İnkişaf Agentliyi şimal bölgəsindəki aqrar layihələri mediaya təqdim edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Quba, Qusar və Xaçmaz rayonlarındakı təsərrüfatlara mediatur təşkil edib, şimal bölgəsindəki həyata keçirilən aqrar layihələr mediaya təqdim olunub. “Report”un Şimal bürosunun məlumatına görə, səfər zamanı bölgədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə – meyvə və fındıq bağlarına, eləcə də aqroturizm və heyvandarlıq təsərrüfatlarına baxış keçirilib. Media nümayəndələrinə AKİA-nın kənd təsərrüfatı istehsalçılarına təqdim …

Read More »

Beş balıq təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 5 balıq müəssisəsi və təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi”nə verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” MMC ştat vahidləri və onlara …

Read More »

Xocavənd, Xocalı və Laçında aqrar torpaqlar icarəyə veriləcək

Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlayır.  Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir.  Məlumata görə, bu məsələ ölkə Prezidentinin 27 noyabr 2024-cü iltarixli fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na …

Read More »

Tərk edilmiş Çernobıl torpaqları kənd təsərrüfatı dövriyyəsinə qaytarıla bilər

Beynəlxalq alim qrupu Ukraynanın Çernobıl təcrid zonasında minlərlə hektar kənd təsərrüfatı torpaqlarının bitki yetişdirmək üçün təhlükəsiz şəkildə istifadə edilə biləcəyini sübut edib. Boyukmillet.com xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Environmental Radioactivity” (JER) elmi nəşrində dərc edilib. Komandanın nəticələri torpaqların radioaktiv sezium və stronsium ilə çirklənməsinin monitorinqi nəticələrinə əsaslanır. Jitomir vilayətində 100 hektarda aparılan testlər radiasiya səviyyələrinin Ukrayna təhlükəsizlik normalarından …

Read More »

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığı müzakirə edib

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ölkəmizin kənd təsərrüfatı sektorunun potensialını gücləndirmək və beynəlxalq əməkdaşlığı dərinləşdirmək məqsədilə İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) rəhbər şəxsləri ilə görüşüblər. Boyukmillet.com xəbər verir ki, görüşdə nazir müavini İlhamə Qədimova, nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Yusif Mədatov, WIPO-nun İnkişafda Keçid Ölkələri (TDC) …

Read More »

Nazir: “COP29-da iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 19-da “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə də iqlim dəyişikliyi və iqlimə uyğun kənd təsərrüfatı mövzusuna xüsusi toxunulacaq. Boyukmillet.com xəbər verir, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin 2-ci günündə deyib. O bildirib ki, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü məhz kənd təsərrüfatı sahəsində iqlim …

Read More »

Elnur Əliyev: “Azərbaycanda iqlim dəyişikliyi ən birinci kənd təsərrüfatına təsir edir”

Azərbaycanda iqlim dəyişikliyi ən birinci kənd təsərrüfatına təsir edir. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə deyib. O bildirib ki, ötən il ölkədə quraqlıqlar müşahidə edilib, bu da kənd təsərrüfatı üçün maneələr yaradır: “Biz istəyirik elə məhsullar yetişdirək ki, quraq landşafta qarşı belə davamlı olsun. İqlim dəyişikliyi fonunda regionda da quraqlıqlar müşahidə olunur. …

Read More »

Agentlik: Dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir

Azərbaycanda dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov Bakıda keçirilən “İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi” mövzusunda konfransda bildirib. “Agentlik çalışır ki, ehtiyatlar azalmasın. Stabil rəqəmləri qorumağa çalışırıq. Vacib məsələ ehtiyatların yenilənməsidir. Agentliyin hədəfi yenilənmə prosesinin mütəmadi baş verməsidir. Məsələn, birdən-birə bazara böyük həcmdə …

Read More »

Türkiyəli nazir: “Dünyada taxıl emalına maraq artmaqdadır”

Dünyada taxıl emalına və bu sahədə istifadə edilən texnologiyalara maraq artmaqdadır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Bakıda keçirilən “İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi” mövzusunda konfransda bildirib. “Dünyadakı iqlim dəyişikliyi su və torpaq resurslarına təsir göstərir. Bu baxımdan bütün ölkələr üçün qida istehsalı strateji sahəyə çevrilməkdədir. Son dövrlərdə qida təhlükəsizliyinə mənfi təsir …

Read More »

Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

Hesablama Palatası 2024-cü ilin İş planına əsasən Bakı Dövlət Universitetində (Universitet) həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsanlar aşkar edib. Boyukmillet.com xəbər verir ki, nəzarət tədbirləri səmərəlilik (performans) auditi ilə birgə keçirilən uyğunluq auditi növündə aparılıb. Audit 2022-2023-cü illərdə Universitet tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin hüquqi aktların tələblərinə uyğunluğunun, eləcə də elm və təhsil sahəsində …

Read More »