Çərşənbə , 15 May 2024

ASK

Dövlət Taxıl Fondunda məhsulun saxlanılması müddətinə məhdudiyyət qoyulub

Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz …

Read More »

Məcnun Məmmədov: “Kənd təsərrüfatında rəqəmsal texnologiyalardan istifadə ediləcək”

“Məqsədimiz kənd təsərrüfatının iqtisadiyyata qatqısını artırmaqdır və bunun üçün rəqəmsal texnologiyalardan istifadə ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib. “Fermerlərin və ümumilikdə regionların inkişafına nail olmaq üçün komandamızla əlimizdən gəldiyi qədəri ilə bu yolda çalışacağıq”, – deyə o qeyd edib. “Bir neçə gün bundan əvvəl elmi tədqiqat institutlarında oldum. Əsas tapşırığım o oldu …

Read More »

Yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olunub

Prezident İlham Əliyevin bu gün kənd təsərrüfatı naziri vəzifəsinə təyin etdiyi Məcnun Məmmədov bir qədər əvvəl kollektivə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, təqdimatı dövlət başçısının köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov edib. O, yeni nazirə işində uğurlar arzulayıb.

Read More »

Torpaq Məcəlləsi dəyişib

Prezident İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, bundan sonra dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən …

Read More »

FAO Azərbaycanda torpaqların deqradasiyasının neytrallığı ilə bağlı layihəyə başlayır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda torpaqların deqradasiyasının neytrallığı ilə bağlı həyata keçirəcəyi layihəyə bu ilin II rübündə başlayacaq və bu məsələdə hökumətə dəstək göstərəcək. Boyukmillet.com xəbər verir ki, bunu “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev deyib. “Növbəti ildəki prioritetlərə gəlincə, …

Read More »

Ukrayna Azərbaycana süd məhsullarının ixracını artırıb

Ukrayna Azərbaycana süd məhsullarının ixracını artırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ukrayna Aqrar Biznes Klubu” Assosiasiyası məlumat yayıb. 2023-cü ilin fevral ayında 3,8 milyon dollar məbləğində 786 min ton ixrac edilib. Ötən ay ən çox Ukrayna pendiri idxal edən ölkələr Qazaxıstan (59,8%), Moldova (19,7%), İordaniya (5,3%), Azərbaycan (4,7%) olub. Qeyd edilir ki, Ukrayna ümumilikdə süd məhsullarının ixracını iki dəfə …

Read More »

İnam Kərimovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri İnam Kərimovun sabah Şamaxıda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, qəbul martın 29-da, saat 09:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında təşkil olunacaq. Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Qəbula yazılmaq üçün DAİM-ə (050-351-38-44) müraciət etmək, Nazirliyin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçmək olar. Qəbula gələn …

Read More »

Azərbaycanın biznes icması Türkiyəyə yardım təşəbbüsü ilə çıxış edib

Zəlzələdən sonra qardaş Türkiyəyə maliyyə dəstəyi göstərmək məqsədilə bütün Azərbaycan xalqı kimi ölkəmizin işgüzar icması da aktivləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatında deyilir. Belə ki, bir qrup azərbaycanlı iş adamı qardaş türk xalqına yardım etmək təşəbbüsü və çağırışı ilə çıxış edib. Vəsaitlər AFAD dövlət fonduna göndərilir. Ətraflı: https://en.afad.gov.tr/earthquake-campaign Saytda yerləşdirmək üçün …

Read More »

Nazir müavini: “Azərbaycanda fermerlər üçün dövlət xidmətləri rəqəmsallaşdırılır”

“Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı Azərbaycan iqtisadiyyatının inkişafının əsas amillərindən biridir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində Milli Forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, aqrar sahədə innovasiyalar mühüm rol …

Read More »

Ekspert: “Qarın vaxtında yağması kənd təsərrüfatı üçün xeyirlidir”

“Qarın qışda, yəni vaxtında yağması kənd təsərrüfatı üçün xeyirli, yazda yağması isə çox ziyandır, çünki yaz ayları ağacların çiçəklənən dövrüdür”. Bunu “Report”a açıqlamasında Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyib. “Bir neçə ildir ki, dünyada havaların quraq keçməsi kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərir. Bu hal təkcə bizim ölkə ilə bağlı deyil, ekoloji tarazlığın …

Read More »