Cümə , 17 May 2024

ASK

KTN: “2023-cü ildə mal-qaranın Kəlbəcər və Laçın yaylaqlarına köçürülməsi genişləndiriləcək”

Gələn il mal-qaranın və arı ailələrinin Kəlbəcər və Laçın yaylaqlarına köçürülməsi daha təkmil formada təşkil ediləcək və köç prosesinin miqyasının genişləndirilməsi gözlənilir. Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə reqlament formalaşıb: “Aparılan işlər daha nizamlı şəkildə köçün təşkili ilə bağlıdır. Təbii ki, elektron qaydada müraciətlər yığılacaq. Prosedurlar tam müəyyən …

Read More »

Azərbaycanın nar ixracında yaranan problemlər və onların həlli yolları açıqlanıb

Rusiya-Ukrayna müharibəsi Azərbaycanın nar ixracında əsas bazarları olan Rusiyaya tədarükü 45 %, Ukraynaya isə 83 % azaldıb. “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Fərhad Qaraşov “Report”a açıqlamasında bildirib ki, Azərbaycan ötən il 22 min tona yaxın nar ixrac edib: “Bunun 15 min tonu Rusiya bazarına tədarük edilib. Bu il isə Rusiyada qismən səfərbərlik elan edildiyi üçün əhalidə alıcılıq qabiliyyəti azalıb. Ölkə sanksiyaların altında olduğu üçün iqtisadiyyat …

Read More »

Azərbaycan Qazaxıstanla aqrar sahədə texnolji yenilikləri transfer edəcək

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi ilə Qazaxıstanın İnnovasiyaların İnkişafı üzrə Milli Agentliyi “Qazinnovations” arasında aqrar sahədə texnolji yeniliklərin transferinə dair əməkdaşlıq memorandumu imzalanıb. Memorandum Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Daşkənd şəhərində keçirilən “Dayanıqlı İnkişaf üçün Yaşıl İnnovasiyalar” mövzusunda İllik İnnovativ İdeyalar Beynəlxalq Həftəsi (“İnnoWeek 2022”) çərçivəsində imzalanıb. Aqrar İnnovasiya Mərkəzinin rəsmisi beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri …

Read More »

Türkiyə səfiri Lənkəranda çay tingləri əkib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Lənkəranda çay tingləri əkdik. Boyukmillet.com xəbər verir ki, diplomat bu barədə tviter hesabında yazıb. “Çay, düyü, limon və feyxoa diyarı Lənkərandayıq. Azərbaycanda sərmayələri ilə iqtisadiyyata və məşğulluğa ciddi töhfə verən “Betaçay” şirkətində olduq”. Səfir habelə çay və çəltik istehsalı haqqında məlumat alıb. “Lənkəranda çay tingləri əkdik”, – Cahit Bağçı qeyd edib.

Read More »

Nazirlik rəsmisi: “Pambıq yığımı üçün texnikanın sayı tələbatdan çoxdur”

“Azərbaycanda pambığın mexanikləşdirilmiş üsulla yığılması üçün texnika sayı tələbatdan çoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu qurumun Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev İmişlidə “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda keçirilən regional müşavirədə deyib. “Normativ məlumatlara əsasən, 100 min ha pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması və məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1 050 ədəd traktor yedəyi tələb olunur. Aidiyyəti qurumlardan …

Read More »

Hacıqabulda toxum sərgi-satış yarmarkası keçirilib

Bu gün Hacıqabul rayonunda toxum sərgi-satış yarmarkası təşkil olunub. Boyukmillet.com xəbər verir ki, yarmarkada nazirlik yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyi, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edib. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, rayonda …

Read More »

Nazir: “Kənd təsərrüfatı ilə bağlı təcrübəmizi digər ölkələrlə bölüşə bilərik”

“Azərbaycan artıq kənd təsərrüfatında rəqəmsal transformasiyanın qurulmasında model rolunu oynayır. Biz bu təcrübəni digər ölkələrlə də bölüşə bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusunda paneldə deyib. Onun sözlərinə görə, su təsərrüfatının idarə edilməsi ilə bağlı hər bir ölkənin qarşısında problemlər var.

Read More »

Aqrar Sığorta Fondu tərəfindən Türkiyədən peşəkar 10 müstəqil ekspert cəlb edilib

Son günlərdə ölkə ərazisindəki qeyri-sabit və dəyişkən hava şəraiti ilə əlaqədar olaraq təsərrüfat sahibləri xeyli miqdarda zərərlə üzləşib. Məxsusən geridə qoyduğumuz günlərdə respublikanın Şəki-Zaqatala, Dağlıq Şirvan, Aran, Qarabağ, Lənkəran-Astara və digər bölgələrində baş vermiş dolu, fırtına, sel və ya subasma, həmçinin də üçüncü şəxslərin hərəkətləri nəticəsində əkin sahələrinə çox ciddi ziyan dəyib. Aqrar sığorta mexanizmi məhz yuxarıda sadalanan hallarda təsərrüfat …

Read More »

İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy, Şəmkir və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 38 nəfərin müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən subsidiya ödənişi, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu …

Read More »