Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycanda pambıqçılıqda yerli sortlardan istifadənin genişləndirilməsi təklif edilir

Azərbaycan pambıq toxumçuluğunda yerli sortlardan istifadənin genişləndirilməsi təklif edilib.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a bildirilib ki, bu barədə pambıqçılığa həsr olunmuş tarla seminarında qeyd edilib.

Nazirliyin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda keçirilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor və müəllim heyəti, Dövlət Aqrar və İnkişaf Mərkəzlərinin, Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.

İnstitutun direktoru İbrahim Cəfərov ölkədə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi istehsal sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı atılan addımlardan danışıb.

O qeyd edib ki, ölkədə pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələrinin tətbiqi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir: “Bu sahədə qarşıda duran vəzifələrdən biri də pambığın toxumçuluq məsələləri üzərində çalışmaq və yerli sortlardan istifadəni genişləndirməkdir”.

İ.Cəfərov milli toxumçuluğun inkişafına, toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirməklə elmi-tədqiqat bazalarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Check Also

Nazir müavini: “Azərbaycanın regionlarında “Belarus” mağazaları açılacaq”

Yaxın gələcəkdə regionlarda da “Belarus” mağazalarının açılması istiqamətində Azərbaycanın müvafiq qurumları ilə razılaşma əldə edilib. …