Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Palata: Aqrar sığortanın hesabatlılığında qanunvericiliyin tələblərinə əməl edilməyib

Azərbaycanda aqrar sığorta sahəsinin hesabatlılığında qanunvericiliyin tələblərinə əməl edilməyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülletenində bildirilir.

Sənədə əsasən, auditlə toplanmış sübutlar auditlə əhatə olunan dövrdə istər Aqrar Sığorta Fondu, istərsə də İdarəedici Qurum tərəfindən sığorta fəaliyyətinin hesabatlılığını tənzimləyən hüquqi aktların tələblərinə əməl edilməyərək məcmu kapitalın (sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləğinin) hesablanmasının təmin edilmədiyini göstərib ki, bu da aqrar sığorta üzrə sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin qiymətləndirilməməsi deməkdir.

Check Also

DGK ölkə vətəndaşının fiziki təzyiqə məruz qalması iddialarına cavab verib

Martın 29-da Abu-Dabi-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı Orxan Bayramlının fiziki təzyiqə məruz qalması barədə …