Şənbə , 27 Aprel 2024
Drone Cameras

İnam Kərimovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri İnam Kərimovun sabah Şamaxıda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Boyukmillet.com xəbər verir ki, qəbul martın 29-da, saat 09:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında təşkil olunacaq.

Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Qəbula yazılmaq üçün DAİM-ə (050-351-38-44) müraciət etmək, Nazirliyin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Check Also

Palata: Aqrar sığortanın hesabatlılığında qanunvericiliyin tələblərinə əməl edilməyib

Azərbaycanda aqrar sığorta sahəsinin hesabatlılığında qanunvericiliyin tələblərinə əməl edilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə …