Bazar , 15 Mart 2026
Drone Cameras

İngiltərə futboluna ağır zərbə – “Mançester Siti” Avropadan qovuldu

“Mançester Siti” iki il müddətinə Çempionlar Liqasından kənarlaşdırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, UEFA “şəhərlilər”lə bağlı maliyyə fırıldaqçılığını təsdiqləyib.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Premyer Liqa təmsilçisi iki il ərzində Avropa yarışlarında iştirakdan məhrum edilib və 30 milyon avro məbləğində cərimələnib.

Beləliklə, “Mançester Siti” 2020-21 və 2021-22 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.

Qeyd edək ki, “Mançester Siti”nin 2012-2016-ci illər aralığında maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …