Cümə axşamı , 19 Mart 2026
Drone Cameras

“İnter”in baş məşqçisi: “Hədəfimiz dəyişməyib”

“AFFA-nın klubumuza səlahiyyətli nümayəndə təyin etdiyi Rəmiş Malıyevlə bu həftə görüşümüz olub. Onunla komandanın hazırkı durumunu müzakirə etmişik. Mövsümün qalan hissəsində heç bir problemimizin olmayacağını bildirib”. 

Bunu “Report”a açıqlamasında Bakının “İnter” futbol komandasının baş məşqçisi Zaur Svanadze deyib.

Gürcüstanlı mütəxəssis bildirib ki, komandanın hədəfi dəyişilməz olaraq qalır: “Bu baxımdan heç bir yenilik yoxdur. Məqsədimiz mükafatçılar sırasna düşmək və avrokuboka vəsiqə qazanmaqdır”.

“İnter” fevralın 4-də Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq. 59 yaşlı baş məşqçi qarşıdakı oyun üçün heyətlə bağlı problemlərinin olmadığını bildirib: “Cəzalı və ya zədəli futbolçumuz yoxdur. Bu gün son məşqimiz olacaq. “Sumqayıt”ı ilk iki dövrədə 3:1 və 2:1 hesabları ilə məğlub etsək də, bu komandanı bizim üçün asan rəqib adlandırmaq olmaz. Onlarla oyunlarımız həmişə gərgin keçib”.

Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Sumqayıt” – “İnter” matçı saat 16:30-da başlayacaq.

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir