Şənbə , 3 İyun 2023

Yaponiya Azərbaycana yeni səfir təyin edib

Yaponiyanın Azərbaycandakı yeni səfirinin adı məlum olub.

“Report” Yaponiya KİV-inə istinadən xəbər verir ki, Yaponiya hökuməti ölkənin xaricindəki səfirləri vəzifəsinə bir sıra təyinatlar həyata keçirib.

Beləliklə, 60 yaşlı Teruyuki Katore Yaponiyanın Azərbaycandakı yeni səfiri təyin edilib. O, bundan əvvəl Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyində baş direktor vəzifəsində çalışıb.

T.Katore bu postda 2013-cü ildən Yaponiyanın Bakıdakı səfiri olan Tsuqui Takahaşini əvəz edəcək.

Check Also

İranın Rusiyaya ixracı 57% artdı

2022-2023-cü maliyyə ilində İran Rusiyaya 743,88 milyon dollar dəyərində 1,41 milyon ton mal ixrac edib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir