Şənbə , 10 Yanvar 2026
Drone Cameras

İqdırda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin İqdır vilayətində anım mərasimi keçirilib. 

Boyukmillet.com-un məlumatına görə Azərbaycanın Qarsdakı Baş Konsulluğu, İqdır-Azərbaycan Dil, Tarix Və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, İqdır-Azərbaycan Evi Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəyinin İqdır şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Xocalıya Ədalət!” devizi altında təşkil edilib. 

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev tədbirdə çıxış edərək, Xocalı soyqırımı haqqında geniş məlumat verib.

Tədbirdə, həmçinin türkiyəli və azərbaycanlı professorların soyqırımına dair çıxışları dinlənilib. 

Sonda tədbir iştirakçıları Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olublar.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …