Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Nozirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Boyukmillet.com xəbər verir ki, səfərin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etməkdir.
Qeyd edək ki, sabah- mayın 17-də Bakıda Milli Məclisin inzibati binasında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üçüncü ümumi konfransı keçiriləcək.
Tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.
İştirakçılar əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.
Milli Məclisin plenar iclas zalında keçiriləcək İƏTPA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.