Bazar ertəsi , 16 Mart 2026
Drone Cameras

İrəvanla bağlı daha bir filmin çəkilişlərinə başlanıldı

“Elmi Araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın tarixi İrəvan şəhərinin və onun tarixi abidələrinin ermənilər tərəfindən məhv edilməsinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıyan, 28 may 2018-ci ildə İrəvanın Ermənilərə güzəştə getməsinin 100-cü ildönümünə həsr edilmiş  “İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin çəkilişlərinə başlayıb.

Bu barədə layihə rəhbəri Telman Qasımov məlumat verib. 

Onun sözlərinə görə, 100 il öncə İrəvan şəhərinin tarixi, mədəniyyət abidələri, ziyallıları və müsəlman türk əhalisinin demoqrafik vəziyyəti kəskin dəyişməyə və vandalizmə məruz qaldı:

“Bir əsrdə İrəvan, şübhəsiz ki, dəyişdi. Amma onu dəyişdirən zaman, illər yox, bu şəhəri Azərbaycandan güzəşt almış ermənilər oldu. Onlar nələri bacardılarsa, məhv etdilər, yer üzündən sildilər, nələri bacarmadılarsa, adlarını dəyişdirdilər və bu yolnan insanlara unutdurmağa çalışdılar. Bu gün, 100 il sonra artıq İrəvan yox, Yerevan var. Yalnız xəritədə. tarixdə, yaddaşlarda isə İrəvan yaşayır.

Bu gün Yerevanda İrəvan adlarda, abidələrdə, küçələrdə, hər daşda və öz varlıqlarında yaşadan azərbaycanlılar da yoxdur. Amma bu gün Yerevanda ermənilər var. “İrəvan” sözünü əbədi silmək istəyən, lakin buna gücü çatmayan ermənilər”.

Filmin çəkilməsində məqsəd həqiqətin etirafı, yalanın ifşasıdır. Bu filmdə insanlar danışacaqlar: azərbaycanlılar və ermənilər. Azərbaycanlılar İrəvan şəhəri haqqında xatirələrini, ermənilər isə, bəlkə heç özləri də bilmədən etiraflar edəcəklər.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir