Cümə , 13 Mart 2026
Drone Cameras

İran əhalisi qocalır

İran 30 ildən sonra dünyanın ən yaşlı ölkəsi olacaq.

Boyukmillet.com İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının səhiyyə nazirinin müavini İsmayıl Əkbəri deyib.

Onun sözlərinə görə, doğumların sayının azalması səbəbindən 30 ildən sonra İran dünyanın ən yaşlı ölkəsi olacaq: “Doğum sayındakı azalma səbəbindən ölkədə yaşlanma prosesi başlayıb”.

İ.Əkbəri son 60 ildə İran əhalisinin 10 il yaşlandığını deyib: “Son 60 ildə ölkə əhalisinin yaşı orta hesabla 20,2-dən 30-a yüksəlib. İlbəil yaşlaşma sayı artır”.

İranın səhiyyə nazirinin ailə məsələləri üzrə müavini Seyid Həmid Bərəkəti bu yaxınlarda verdiyi açıqlamada ölkə üzrə evliliyin sayının son 10 ildə 40% azaldığını bildirmişdi.

Hazırda İran əhalisinin sayı 83 milyon 500 min nəfərdir.

Check Also

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər …