Bazar , 9 Mart 2025
Drone Cameras

İran ABŞ-dən 12 milyard dollardan çox kompensasiya tələb edir

İran Məhkəməsi ABŞ hakimiyyətinin 12 milyard 615 milyon dollar məbləğində kompensasiya ödəməsi haqqında qərar qəbul edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) bağlı mənbə yayıb.

Məlumata əsasən, İran məhkəməsi sanksiya nəticəsində talassemiyadan əziyyət çəkən iranlı xəstələrə dəymiş fiziki və mənəvi ziyana görə ABŞ hakimiyyətinin 12 milyard 615 milyon dollar təzminat ödəməsinə qərar verib.  

Xatırladaq ki, ötən ilin dekabrında İslam Respublikası məhkəməsi 2010-cu ildə ölkənin cənub-şərqindəki Çabahar liman şəhərində törədilən “terror hücumu” nəticəsində ölənlərin ailə üzvlərinə və yaralananlara ABŞ-nin 170 milyon dollar məbləğində kompensasiya ödəməsinə dair qərar qəbul etmişdi.

İranın “Mizan” saytı bildirib ki, həmin hadisə nəticəsində 39 nəfər ölüb, 70 nəfər yaralanıb.

Check Also

ABŞ Avropada NATO-nun yeni təlimlərinin planlaşdırılmasında iştirakdan imtina etmək niyyətindədir

ABŞ Avropada baş tutacaq gələcək hərbi təlimlərin planlaşdırılmasında iştirakını dayandırmaq niyyətində olduğu barədə NATO üzrə …