Bazar , 5 Aprel 2026
Drone Cameras
Screenshot

İran ABŞ-nin BƏƏ-dəki hərbi bazasına hücum edib, güclü partlayış baş verib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri BƏƏ-dəki “Əd-Dəfra” ABŞ hərbi bazasının ərazisindəki sursat anbarına zərbə endirib.

Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə SNN telekanalının təqdim etdiyi SEPAH-ın bəyanatında bildirilib.

Məlumata görə, bazada güclü partlayış baş verib, nəticədə ABŞ hərbçiləri qırıcıları həmin bazadan çıxarıb başqa yerlərdə yerləşdirmək məcburiyyətində qalıblar.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib.

Check Also

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir. Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Al Jazerra” …