Bazar , 15 Noyabr 2026
Drone Cameras

İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib

Vaşinqton İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbçilərinə cavab zərbələri endirməyə hazır olacaq.

Boyukmillet.com xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, – deyə o qeyd edib.

İranlı diplomat əmin olduğunu bildirib ki, ABŞ prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər: “Bütün bunlara son qoymaq üçün Vaşinqtondan Təl-Əvivə zəng etmək lazımdır”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …