Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İran AEBA-nın 8 müfəttişinin akkreditasiyasını ləğv edib

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Tehranın nüvə proqramı üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təftiş edən 8 mütəxəssinin akkreditasiyasını ləğv edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, akkreditasiyası ləğv edilən müfəttişlər Almaniya və Fransa vətəndaşlarıdır.

Xatırladaq ki, ötən gün AEBA-nın baş direktoru Rafael Grossi İranın uranın zənginləşdirilməsi obyektlərində bir neçə müfəttişin akkreditasiyasını ləğv etmək qərarı barədə təşkilatı bilgiləndirdiyini deyib. Baş direktor onların dəqiq sayını açıqlamayıb. Qrossi qeyd edib ki, bu addım Agentliyin ölkədə yoxlamalar aparmaq imkanlarını xeyli azaldacaq. AEBA başçısı Tehranın bu davranışını pisləyib və onu əməkdaşlığa çağırıb.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …