İran məhkəməsi Lüksemburq vətəndaşı barəsində edam hökmü çıxarıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Lüksemburqun Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirlik bu hökmü sərt şəkildə qınayaraqAvropa Birliyinin İrandakı etirazçı aksiyalarına dəstək səylərini alqışlayıb.
Məlumata görə, ölkənin xarici işlər naziri Jan Asselborn məsələni iranlı həmkarı Hüseyn Əmir Abdullahianla müzakirə edib.
Bildirilib ki, son etiraz aksiyaları zamanı Avropa İtifaqı ölkələrinin vətəndaşı İranda həbs edilib. İttifaqın açıqlamasına əsasən, bu həbslərdə rəsmi Tehranın məqsədi Qərb ölkələri ilə siyasi sövdələşmə aparmaqdır. Məlumata görə, İranda həbsdə olan belçikalı humanitar sahənin əməkdaşı Olivier Vandekastel isə 28 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, son bir ayda İranda 76 nəfərin edam olunduğuna dair məlumat yayılıb.