Bazar , 19 May 2024
Drone Cameras

Savaşımın 60-anı. Milli Mübarizə ilə keçən 60 illik dəyərli ömür

Savaşımın 60-anı. Milli Mübarizə ilə keçən 60 illik dəyərli ömür

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev 60, rəhbərlik etdiyi partiya isə 20 yaşını tamamlayıb. Bu münasibətlə Fərəc Quliyevin həm özünün və həm də partiyasının yubiley tədbirini keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə siyasi partiya rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak edib. Mərasimdə eyni zamanda, Fərəc Quliyev “Savaşımın 60 anı” kitabını da təqdim edib.

Kitabda Fərəc Quliyev 60 illik həyatında yaşadıqlarını, siyasi fəaliyyətini, bir sözlə bütöv bir ömrünü qələmə alıb. Fərəc Quliyev ölkənin siyasi-ictimai həyatına çox tanışdır. Amma tanımayan biri vars ada, o kitabı vərəqləməklə Fərəc Quliyevi yaxından tanımaq mümkündür.

Fərəc Quliyev kimdir?

Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti “Müalicə işi” fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili alıb. Sambo üzrə idman ustasıdır.

O, Azərbaycan SSR Ali Sovetinin XII çağırış xalq deputatı, Azərbaycan Respublikası Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd olub.

Fərəc Quliyev istiqlalçı millət vəkillərindən biridir.

Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və lideridir. Azərbaycan Xalq Hərəkatının öncül simalarından olan Fərəc Quliyev həbs həyatı da yaşayıb. O, 1995-ci ildə həbs olunub, 2003-cü ildə azadlığa çıxıb. Həbsdə olarkən 3 kitab və elmi-nəzəri məqalələr yazıb.

Həbsdən çıxdıqdan sonra Anqlosaks-Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilib.

“Yeni Dirçəliş”, “Təbriz” qəzetlərinin təsisçisidir. Güney Azərbaycanda yayımlamaq üçün “Qəzet içində qəzet” layihəsində “Təbriz” qəzetini təsis edib, “Yeni Dirçəliş” qəzeti ilə birgə çapını reallaşdırıb.

F.Quliyevin 60 illik ömrünə sığdırdığı zəngin siyasi fəaliyyətini yubiley tədbirində iştirak edən dostları da dilə gətirdi. Yubiley tədbirində iştirak edən deputatlar Razi Nurullayev, Tahir Kərimli, Fəzail Ağamalı Fərəc Quliyevlə bağlı xatirlərini bölüşdülər, onun parlamentdəki fəaliyyətindən danışdılar.

AMİP lideri Etibar Məmmədov, YAP-ın şöbə müdiri Əhliman Tağıyev, AXP sədri Pənah Hüseyn, MCP sədri Razi Nurullayev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Ana Vətən Partiyasının sədri Fəzail ağamalı, AMİP sədri Arzuxan Əlizadə, Ağ Partiya başqanı Tural Abbaslı, BAP sədri Elşad Musayev, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü, millət vəkili Elman Nəsirov, BAMF prezidenti Ümid Mirzəyev, “Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu, politoloq Oqtay Qasımov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Drmokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, ISBAM sədri Samir Adıgözəlli və baqşaları çıxış edərək Fərəc Quliyevə təbriklərini çatdırdılar.

Çıxışçılar yubliyarı təbrik edib, birgə keçdikləri tarixi- siyasi proseslərdən danışaraq xatirələrini bölüşüblər.

Biz də yubliyarı təbrik edir, bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirik!

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …