Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İran müdafiə nazirinin sabiq müavini edama məhkum edilib

İranda məhkəmə keçmiş müdafiə naziri Əli Şəmxaninin keçmiş müşaviri, 1997-2005-ci illərdə bu vəzifədə işləmiş Əlireza Əkbəri barəsində ölüm hökmü çıxarıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, Əkbəri Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunur. İranın Kəşfiyyat Nazirliyi onu İngiltərə kəşfiyyat xidmətlərinin İranla bağlı mühüm məlumatları xaricə köçürmək üçün toplayan ən mühüm agentlərindən biri kimi xarakterizə edib.

Müvəqqəti ölüm hökmü çıxarıldıqdan sonra Əkbəri apellyasiya şikayəti verib və bu, rədd edilib. Məhkəmənin qərarı qüvvədə saxlanılıb. İlkin hökmün dəqiq nə vaxt verildiyini agentlik açıqlamayıb.

“BBC”nin məlumatına görə, Əkbərinin ikili vətəndaşlığı var.

Check Also

İranlı nazir müavini: Təhsil sistemində 120 tədris problemi aşkarlanıb

Təhsil sistemində 120 tədris problemi aşkarlanıb. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın …