Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İran nüvə sazişi üzrə danışıqlarda irəliləyişin olduğunu qeyd edib

“Vyanada nüvə sazişinin bərpasına dair danışıqlarda ayrı-ayrı müsbət irəliləyişlər müşahidə olunur, lakin hələlik nəticələr Tehranın gözləntilərini doğrultmur”.

Boyukmillet.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrellə telefon danışığı zamanı deyib.

Diplomatın sözlərinə görə, dialoq indi mühüm mərhələyə çatıb:

“Danışıqların əvvəlki raundundan sonra müəyyən müsbət irəliləyişlər oldu, lakin indiyə qədər gözləntilərimiz özünü doğrultmadı. Bütün tərəflər razılığa gəlmək, siyasi qərarlar qəbul etmək istəyi ilə Vyanaya gəlməlidirlər. Biz yalnız o zaman iqtisadi maraqlarımızı davamlı və təhlükəsiz şəkildə təmin etməklə bağlı yaxşı razılığa gələ bilərik”.

Öz növbəsində İran Məclisinin üzvü Məlek Şəriəti bildirib ki, Vyanada nüvə sazişi üzrə razılaşma əldə olunarsa, ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvinin yoxlanılması prosesi altı aya qədər çəkə bilər.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …