Bazar , 29 Mart 2026
Drone Cameras

İran öz neftini dünya bazarlarına çıxara bilər

İranın nüvə sazişinə qaytarılması ölkəyə öz neftini dünya bazarlarına çıxarmağa və sanksiyalar məsələsində yumşalmağa imkan verəcək.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.

“İran istəsə, o zaman nefti yenidən dünya bazarlarına çıxacaq və sanksiyaların bir hissəsi qaldırılacaq. Lakin indiyədək İranın bu yola əl atdığını görməmişik”, – Nuland bildirib.

Amerikalı xanım diplomat vurğulayıb ki, İran nüvə sazişinə qayıtmaqdan imtina edərsə, Vaşinqton ölkəyə təzyiqlərini artırmağa məcbur olacaq.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …