Şənbə , 18 Aprel 2026
Drone Cameras

İran sahillərində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tanker saxlanılıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tankeri saxlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın məlumatına istinadən bildirib.

Qeyd edilib ki, Toqo bayrağı altında üzən “Pearl G” tankeri iyulun 26-da “Araş” yatağı ərazisində saxlanılıb.

Gəminin göyərtəsində olan doqquz ekipaj üzvünün hamısı Hindistan vətəndaşıdır. Agentlik qeyd edib ki, tanker Dubayda yaşayan İraq vətəndaşına məxsusdur.

Check Also

Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb. Boyukmillet.com  xəbər verir ki, …