Çərşənbə , 4 Mart 2026
Drone Cameras

İran vətəndaşlarının Ermənistana axını azalıb

İran vətəndaşlarının Ermənistana axını azalıb. Ermənistana səfər iranlılara getdikcə baha başa gəlir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Turizm Federasiyasının sədri Mexak Apresyan Novruz bayramında ölkəyə gələn iranlıların sayının azalmasına münasibət bildirərkən deyib.

“Səbəb İranda inflyasiyanın olması, dramın dollar və avroya nisbətdə möhkəmlənməsidir. Bu, Ermənistanın turizm məhsulunun bahalaşmasına və ölkəyə səfərin qiymətinin artmasına səbəb olur. ”, – Apresyan bildirib.

Onun fikrincə, səfərlərin sayının azalması məhz bununla bağlıdır.

Qeyd edib ki, 2022-ci illə müqayisədə rəqəmlər xeyli azalıb.

Mexak Apresyanın sözlərinə görə, İran vətəndaşlarının passivliyi təkcə Ermənistana səfərlərdə özünü göstərmir. İrandan digər xaricə ölkələrə gedən turist axını da aktiv deyil.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …