Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İranda COVID-19-dan rekord sayda ölüm qeydə alınıb

İranda son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusdan müalicə alan 163 nəfər vəfat edib, 2 560 yoluxma faktı qeydə alınıb

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə 240 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 201 330 nəfər müalicə olunaraq sağalıb, 11 571 nəfər vəfat edib.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …