Bazar ertəsi , 13 Aprel 2026
Drone Cameras

İranda Hörmüz boğazının blokadası fonunda maksimum döyüş hazırlığı bəyan edilib

ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda İran “maksimum döyüş hazırlığı” vəziyyətindədir.

Boyukmillet.com “CNN World”ə istinadən xəbər verir ki, bu barədə İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid ibn əl-Rza bildirib.

Onun sözlərinə görə, ölkə istənilən ssenariyə hazırdır və ona qarşı təcavüz törədənlər sərt və qətiyyətli cavab alacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Hörmüz boğazındakı blokadasından yan keçməyə cəhd edən bütün İran gəmilərini məhv etməklə hədələyib.

Check Also

Tramp: İran ABŞ ilə saziş bağlamağı çox istəyir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran razılaşma əldə etməkdə maraqlıdır və artıq Amerika tərəfi …