Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

İranda iğtişaş yaradan qrup başçıları həbs olundu – Onlar KİMLƏRDİR?

İranın Əlborz, Şiraz, Tehran və Xuzestan əyalətlərində yanacağın qiymət artımından sonra gərginlik və iğtişaş yaradan qrupların başçıları həbs olunub.

Boyukmillet.com yerli mətbuata istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sözçüsü Ramazan Şərif deyib.

O bildirib ki, həbs olunanlar əcnəbi casusluq servisləri ilə əlaqələri olan şəxslərdir.

R. Şərif iğtişaş yaradan şəxsləri “xuliqan və qolçomaq” adlandırıb. O deyib  ki, hegemon güclərin xuliqanlardan öz məqsədləri üçün istifadəsinin səbəblərindən biri də onların sanksiyaların effektliliyindən naümid olmasıdır: “ABŞ-ın İran xalqına qarşı yeni sanksiyalarının başlamasından 18 ay keçir. Amma xalqımızın üzləşdiyi bütün çətinliklərə baxmayaraq, ABŞ heç nə əldə edə bilməyib”.

R.Şərif deyib ki, bu həbslər iğtişaşların yatmasına böyük təsir göstərib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …