Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İranda son sutkada rekord sayda insan yoluxub

İranda pandemiya başlayandan indiyədək son sutkada ilk dəfə olaraq 10 463 nəfər koronavirusa yoluxub.

“Boyukmillet.com” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Bu rəqəm rekord göstərici sayılır. Onun sözlərinə görə, bundan əvvəlki göstərici 9 450 nəfər olub. Son sutkada virusdan 458 nəfər ölüb. Bundan əvvəlki maksimum göstərici 459 nəfər olub. Bununla da koronavirus qurbanlarının ümumi sayı 38 749 nəfərə, yoluxanların sayı isə 692 949 nəfərə yüksəlib.

Larinin sözlərinə görə, 5 min 561 nəfərin səhhəti ağırdır. O, indiyə kimi 525 641 pasiyentin sağaldığını da bildirib.

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …