Çərşənbə axşamı , 13 May 2025
Drone Cameras

İranda təhlükəsizlik qüvvələri nümayişləri dağıdıb, bir neçə nəfər həbs edilib

Cümə axşamı İranın paytaxtı Tehran, habelə Təbriz, İsfahan və digər şəhərlərində polislə küçə nümayişçiləri arasında toqquşmalar baş verib.

Boyukmillet.com xəbər verir ki, güc strukturunun əməkdaşları tələbə təşkilatları və hüquq müdafiəçilərinin çağırışı ilə keçirilən aksiyada bir neçə nəfəri həbs edib.

İranın paytaxtı və digər şəhərlərində iğtişaşlar altı gündür davam edir. Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları ilə toqquşmalarda 30-dan çox insan həlak olub, onlarla insan yaralanıb, yüzlərlə insan saxlanılıb.

Qeyd edilir ki, Şiraz və Məşhəddə polis əməkdaşlarına qarşı hücumlar olub, “Bəsic” İslam xalq könüllüləri dəstəsinin bir zabiti və iki döyüşçüsü öldürülüb.

Check Also

Baş Prokurorluq Koçaryanın qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə edilməsini tələb edib

Ermənistan Baş Prokurorluğu ikinci prezident Robert Koçaryanın qanunsuz əmlakının və onunla əlaqəli şəxslərin 22 daşınmaz …