Cümə , 22 Noyabr 2024
Drone Cameras

İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 22 kiloqram 496 qram narkotik vasitənin və 1090 ədəd psixotrop maddənin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, yanvar ayının 6-da saat 00:25 radələrində Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Karxulu kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində döv­lət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınıb.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq qaçmağa çalışarkən saxlanılıblar.

Onların İran vətəndaşları – 1995-ci il təvəllüdlü Zeynallı Yasir Əziz və 1982-ci il təvəllüdlü Aşiqi Çapar İsmayıl olmaları müəyyənləşdirilib.

Hadisə yerinə baxış zamanı 2 ədəd bağlamanın içində ümumi çəkisi 10 kiloqram 767 qram narkotik vasitə və 500 ədəd metadon-40 psixotrop həb aşkar olunaraq götürülüb.

Yanvar ayının 9-da saat 21:40 radələrində DSX-nin Sərhəd Qoşun­larının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran tərəfindən Astara çayının sahilinə yaxınlaşaraq 1 ədəd bağlamanı Azərbaycan istiqamətində sahilə doğru ataraq uzaqlaşmaları sərhəd naryadı tərəfindən müşahidə olunub.

Ərazi dərhal qapadılaraq keçi­ril­miş axtarış təd­birləri nəticəsində 1 ədəd bağlamanın içərisində 1 kiloqram 590 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Yanvar ayının 17-də saat 23:35 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Onun Kürdəmir rayon sakini, 1990-cı il təvəllüdlü Cəfərov Azər Mübariz oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində 10 kiloqram 139 qram narkotik vasitəvə 590 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götü­rülüb.

Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə keçirilən əmə­liyyat-axtarış tədbirləri nəticəsində Şərur rayonunun Arbatan kənd sakini, 1990-cı il təvəllüdlü İsmayılov Ruhin Vilayət oğlu saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırma zamanı saxlanılan şəxslər narkotik vasitə aludəçisi olmalarını bildir­iblər.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …