Çərşənbə , 11 Mart 2026
Drone Cameras

İrandan Azərbaycana 40 kq narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Boyukmillet.com Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqust ayının 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 40 kiloqram 900 qram narkotik vasitə (37 kq 900 qram marixuana, 3 kq tiryək) 5000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu …