Cümə , 18 Oktyabr 2024
Drone Cameras

İrandan plastik su qablarında külli miqdarda heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İrandan Bakıya gətirilən “plastik mətbəx əşyaları və şüşə qablar” yükündə 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Boyukmillet.com xəbər verir ki, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib: “Yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib”.

Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Check Also

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun oktyabrın 18-də Beyləqan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. …