Bazar , 29 Mart 2026
Drone Cameras

İrandan plastik su qablarında külli miqdarda heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İrandan Bakıya gətirilən “plastik mətbəx əşyaları və şüşə qablar” yükündə 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Boyukmillet.com xəbər verir ki, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib: “Yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib”.

Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …