İranın Ali liderinin müşaviri və İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehranın bu yaxınlarda bombardman edilməsi zamanı aldığı xəsarətlərdən vəfat edib.
Boyukmillet.com-un məlumatına görə, bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb.
Məlumata görə, daha əvvəl Amerika-İsrailin hücumu zamanı yaralanan Xərrazi bir neçə saat əvvəl ölüb.
Daha əvvəl, aprelin 1-də “Al-Hadath” televiziyası Xərrazinin Tehranın bombardman olunması zamanı yaralandığını və vəziyyətinin ağır olduğunu xəbər verib. İran hakimiyyəti o vaxt bu məlumatla bağlı şərh verməyib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
