Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

İranın Mülki Aviasiya Təşkilatı: Ukrayna təyyarəsi 2 raketlə vurulub

İranın Mülki Aviasiya Təşkilatı Ukraynaya məxsus təyyarənin Tehran yaxınlığında yanlışlıqla vurulmasına dair 2-ci hesabatını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, hesabatda təyyarənin 1 yox, 2 raketlə vurulduğu qeyd edilib. Hesabat müəllifləri belə nəticəyə gəliblər ki, İranın Hava Hücumundan Müdafiə Qüvvələri sərnişin təyyarəsini yanlışlıqla düşmənə məxsus hərbi təyyarəyə bənzədib. Ona görə də təyyarə 2 raketlə vurulub.

Qeyd edək ki, İran nümayəndə heyəti Prezidentin nümayəndəsi Məhəmməd İslaminin rəhbərliyi ilə Kiyevə səfər edib və Vladimir Zelenski ilə görüşüb. Görüşdən sonra Ukraynanın Prezident Administrasiyası İranın üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi barədə xəbər yayıb.
(Nuhcixan.az)

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …